office@flowercleaning.az
(070) 703 04 11


Döşəmələrin yuyulması

Döşəmə təmizliyi həm gigiyenik, həm də estetik cəhətdən vacibdir. Bank, ofis, mağaza, otel, xəstəxana, restoran, məktəb kimi bir çox ümumi istifadə sahələrində döşəmə təmizliyinə xüsusi diqqət yetirilir. Sərt döşəmələr- mərmər, kafel, metlax və daş kimi döşəmələrin uzun müddət təmizləmməməsi ilə əmələ gələn kir gələcəkdə sadəcə silməklə təmizlənməyə bilər. Belə yerlərdə xüsusi fırçalı və yaş- quru vakumlu tozsoranlar istifadə olunur. Parket döşəmələrin təmizliyində parketin materialı nəzərə alınır.  Bu zaman hər bir materiala uyğun təmizləyici vasitələr işlədilməlidir.
Şirkətimiz bundan əlavə linoliumların, parketlərin və digər döşəmələrin cilalanması xidmətini də göstərir.