office@flowercleaning.az
(070) 703 04 11


Bina örtükləri yuyulması

Bir şirkətin binası o şirkət haqqında ilk təəssürat üçün vacibdir. Çünki, iş yerinizin xarici görünüşü işlədiyiniz yerə nə qədər əhəmiyyət verdiyinizi göstərir. Biz bina örtüklərini ildə ən azı 2 dəfə təmizləməyi məsləhət görürük. Bu qar, yağış kimi təbii oksidləndiricilərin səthə təsirini azaldır. Bina örtüyünün təmizliyi xüsusi diqqət tələb edir. Çünki şüşə və metal səthlər bir-birindən ayrılmalı və müvafiq kimyəvi maddələr istifadə olunmalıdır. Bizim istifadə etdiyimiz təmizləyici maddələrin heç biri səthə ziyan vurmur. Bütün vasitələr tanınmış markalardan olub standartlara uyğun sertifikatlaşdırılmışdır. Bundan əlavə binanın hündürlüyü də bizim üçün problem təşkil etmir. Belə ki, xüsusi təchizatlı qaldırıcı sistemimiz ən hündür yerləri də təmizləməyimizə imkan yaradır.